2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib. Bu barədə siyasətçinin qızı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, prosesdə Yaqublu bildirib ki, hökuməti tənqid etdiyinə görə siyasi sifarişlə həbs olunub.

Həzi qeyd edib ki, aprelin 14-də siyasətçinin 4 aylıq ilkin həbs müddəti başa çatır. Ancaq onun fikrincə, digər siyasi məhbuslarda olduğu kimi,  həbs müddəti uzadılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, Yaqublunun barəsində istintaq hərəkətləri aparılmır.

*Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib.

Bundan əvvəl siyasətçi dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button