2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

    iPad planşetləri güclü texniki özəlliklərə sahib olsalar da, onlar macOS əməliyyat sisteminin və ənənəvi desktop interfeysli tətbiqlərin dəstəklərinə sahib deyillər. Görünür, Apple şirkəti öz cihazlarında bu istiqamətdə çalışa bilmək imkanının reallaşdırılmasını planlaşdırır. Bu barədə məlumatlar şirkətin yeni patentlərindən məlum olub. Ortaya çıxmış yeni patent sənədləri xarici klaviaturaya qoşularaq ənənəvi noutbuk rejiminə keçid edən planşeti təsvir edirlər. Bununla belə klaviaturaya qoşulan zaman planşetin əməliyyat sistemi də dəyişərək macOS-i kopyalayır.

Saytların yığılması Saytlarin yigilmasi

    Bununla belə öçüləri dəyişdirilə bilən pəncərələrdə açılmış tətbiqlər üzərindən multitasking-in yaxşılaşdırılmasını da qeyd etmək lazımdır. Bunun sayəsində tətbiqlər arasında sürətli keçidi reallaşdırmaq və onlar arasındakı kontent mübadiləsini etmək olar. Patentlərdəki mətnlərdə qeyd edilib ki, xarici klaviatura planşetə maqnitlər vasitəsilə bərkidilir. Bununla belə bərkidilmə hissəsində Apple Pencil stilusunun yerləşdirilməsi üçün xüsusi yer də var. Klaviaturaya həmçinin əlavə komponentlər əlavə edilə bilər.

    Əlavə komponentlərə misal olaraq videokonfranslar üçün nəzərdə tutulmuş kameranı, mikrofonu və ya proyektoru gətirmək olar. Hələ bir neçə müddət bundan öncə Bloomberg-in jurnalisti Mark Gurman bildirmişdi ki, Apple şirkəti iPad üçün 3 rejim üzərində çalışır və hər bir rejim istifadəçinin reallaşdırdığı əməliyyatlar və digər faktorlar əsasında avtomatik olaraq işə düşəcək. Onlardan birincisi iPadOS dəstəkli standart versiya, ikincisi Apple Pencil üçün nəzərdə tutulmuş xüsusi interfeysli versiya, üçüncüsü isə sözügedən patentlərdə əks edilmiş professional versiya olacaq. Şirkət bu yeni imkanı iPadOS-in yeni versiyasına inteqrasiya edə bilər.

24 saat” “Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button