2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Araz Əliyevlə əlaqə saxlamaq hələ də mümkün olmayıb

Yeni təsis edilmiş III Respublika Platformasının üzvü Araz Əliyev     dekabrın 24-də məhkəmənin qərarıyla 25 sutka inzibati həbsə məhkum edilib

Toplum TV xəbər verir ki, Araz Əliyevin İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. 

 

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin qərarı çıxana qədər Araz Əliyevdən dekabrın 23-də  saat 18 radələrindən əlaqə saxlamaq mümkün olmamışdı. 

 

III Respublika Platformasının Araz İliyevin saxlanması ilə əlaqəxar bildirlib ki, bu, qurumun fəaliyyəti ilə bağlıdır. 

“Araz Əliyevin yaxınlarına və müstəqil vəkilə çıxışı təmin edilmədən tutulması beynəlxalq insan haqları hüququnda qəti surətdə qadağan edilən inkommunikado həbsdir. Bu cür həbslər insanların azadlıq haqqının kobud və özbaşına pozuntusudur.

Bununla yanaşı, bildiririk ki, Araz Əliyevin tutulması açıq-aşkar siyasi motivlidir və Azərbaycan hökuməti siyasi motivli həbsləri dayandırmağa dair beynəlxalq hüquqi öhdəlik daşıyır”, – təşkilatın bəyanatında qeyd olunub.

Qeyd edək ki, Araz Əliyevin saxlanmasından bəri yaxınları onunla əlaqə saxlaya bilmədiklərini deyirlər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button