2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Arif Hacılının oğlu ev dustaqlığına buraxıldı

Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb.

Toplum TV xəbər verir ki, bu barədə Arif Hacılı bu gün özünün “Facebook” hesabında məlumat verib.

“Orxan Hacılı azadlıqda! Yanımızda olan, dəstək verən, Orxanın azadlığa çıxmasına çalışan hər kəsə təşəkkürlər”, – Arif Hacılı qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Orxan Hacılının vəkili Nemət Kərimli APA-ya bildirib ki, bu gün Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilib.

Oktyabrın 11-də Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində Orxan Hacılının iştirakıyla yol qəzası baş verib. Rəsmi məlumata görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. Orxan Hacılı barəsində noyabrın 2-də iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Arif Hacılı qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıldığını bildirib. 

Partiya sədri oğlunun saxlanılmasının siyasi sifariş olduğunu bəyan etmişdi. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button