2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Armen Qriqoryan: Sülh sazişinin bəzi hissələrində irəliləyiş yoxdur

“Yanvarın 4-də Ermənistan tərəfi sülh sazişi ilə bağlı təkliflərə cavabları Azərbaycan tərəfinə göndərib”.

Toplum TV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yerevan Bakı ilə təmasları müsbət qiymətləndirir, “amma müəyyən məsələlər var ki, orada heç bir irəliləyiş yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz gözləyirik ki, bu məsələlərdə də tezliklə irəliləyiş əldə olunacaq və sülh sazişini ən qısa zamanda yekunlaşdırmaq və imzalamaq mümkün olacaq.  Elə məsələlər var, şifahi danışıqlar zamanı razılığa gəlmişik, mətndə isə elə məqamlar var, müəyyən geriləmə görürük. Amma irəliləyiş olan məqamlar da var”, – Qriqoryan bildirib.

 O, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda daha bir görüş keçiriləcək: 

“Yanvarın sonunda delimitasiya komissiyalarının yenidən görüşəcəyi barədə razılıq var.  Ümid edirik ki, bu görüş baş tutacaq”.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button