2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

'Asan olmayacaq' – Nazir delimitasiyadan danışdı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu gün, iyulun 7-də jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi asan olmayacaq: “Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Sərhədlərdəki vəziyyətdən danışan nazir sonra da deyib: “Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”.

C.Bayramov bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil.

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin üç görüşü keçirilib. Sonuncu görüş mayın 22-də olub. Görüşlərdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə olunmuşdu. Ardınca – mayın 23-də hər iki ölkədə liderlər dövlət sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıblar. Sonra komissiyaların görüşləri başlayıb.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, İkinci Qarabağ müharibəsindən öncə isə ATƏT-in Minsk qrupu vasitəçilik edib. (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir)

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button