2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“ASB Bank”da daha bir baş inzibatçısı təyin edilib

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) daha bir baş inzibatçısının adı məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, Anar Məmmədov bankın satış və marketinq üzrə baş inzibatçısı təyin edilib. O, bu aydan vəzifəsinin icrasına başlayıb.

Anar Məmmədov 12 ildir ASB Bank-da çalışır. 2016-cı ilin sentyabrından 2023-cü ilin mayına qədər Kredit departamentinin direktoru olub. Bu departament satış və marketinq üzrə baş inzibatçının kurasiyasındadır.

Satış və marketinq üzrə baş inzibatçının kurasiyasına Müştəri Xidmətləri Departamenti və filiallar və Kredit departamenti daxildir. İki departamentə 5 şöbə tabedir. Bankın strukturunda dəyişiklik edilib və 5 baş inzibatçı vəzifə yaradılıb.

Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları “Azersun Holding” MMC-yə yaxın olan “Anadolu Investment Company” MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir (0.58%).

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button