2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

ASK-nın prezidenti Məmməd Musayev İslam Əməkdaşlıq Təşkilatı Arbitraj Mərkəzinin Qəyyumlar Şurasına üzv seçilib

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Arbitraj Mərkəzinin Qəyyumlar Şurasına üzv seçilib.

ASK prezidenti M.Musayev həmçinin İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının da üzvüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Arbitraj Mərkəzinin nizamnaməsi İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının 35-ci Baş Assambleyası zamanı təsdiq edilib. Mərkəzin Qəyyumlar Şurası yeddi üzvdən ibarətdir. Arbitraj Mərkəzinin katibliyi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşir.

Mərkəzin əsas məqsədi, İslam Əməkdaşlıq Təşkilatına üzv və qeyri üzv dövlətlərdə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər arasında ticarət və investisiya sahəsində yarana biləcək beynəlxalq mübahisələrin həllini asanlaşdırmaqla özəl sektorun inkişafını stimullaşdırmaq və inkişafına dəstək verməkdən ibarətdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button