Xəbərlər

Askar Akayev Qırğızıstana qayıdıb, onu DMTK-ya gətiriblər

Məqalə Kloop saytında dərc olunub.

DMTK-nin mətbuat xidməti “Kloop”un jurnalistinə xəbər verib ki, Qırğızıstanın devrilmiş ilk prezident Askar Akayevi avqustun 2-də Bişkekə gətiriblər.

Qurumun məlumatına görə, hazırda o, DMTK-nin binasındadır.

“Kumtor” yatağı üzrə cinayət işi çərçivəsində onun iştirakı ilə zəruri istintaq işi aparılır”, – DMTK-dən xəbər veriblər.

“Bir sıra yüksək vəzifəli məmur kimi, Akayev də 1992-ci ildə “Kumtor” layihəsində Baş razılaşmanın bağlanması, 1994-cü ildə həmin razılaşmaya dəyişikliklər edilməsi, həmçinin 2003-cü ildə “Kameko” şirkəti ilə Baş razılaşmanın restrukturizasiyası zamanı korrupsiya faktı üzrə cinayət məcəlləsinə cəlb edilib”, – DMTK-də xəbər veriblər.

DMTK-də qeyd ediblər ki, istintaq Askar Akayevin prezidentliyi dövründə “Kumtor” layihəsinin həyata keçirilməsində yaşanmış korrupsiyada günahkar olan bütün şəxslərə hüquqi qiymətləndirmə verib.

“Eyni zamanda Qırğızıstan Respublikası DMTK-si tərəfindən istintaqın gedişində Askar Akayevin respublika ərazisinə gətirilməsi yolu ilə cinayət məsuliyyətinə cəlb olunması məqsədilə tarixi ədaləti bərpa etmək istiqamətində fəal iş görülüb”, – DMTK-nın məlumatında deyilir.

Daha sonra Qırğızıstanın keçmiş Baş naziri Feliks Kulov “24.kg” nəşrinə müsahibəsində bildirib ki, Askar Akayev vətənə könüllü qayıtmaq qərarına gəlib. Kulov bu barədə prezident Sadır Japarovla görüşdən sonra öyrəndiyini əlavə edib.

“Sadır Japarov alicənablıq göstərib və keçmiş prezidentin qayıtmasına imkan verib. Bildiyim qədərilə Askar Akayevi heç kəs məcbur etməyib və Bişkekə gəlişində, o, DMTK-nə yollanıb”, – Kulov deyib.

Deputat Dastan Bekeşev də Akayevin Qırğızıstana könüllü qayıtdığını bəyan edib.

“Akayev düz 16 ildir ki, Vətənə qayıtmağı arzulayırdı və bu gün qayıtdı. Düzdür, DTMK onun ölkəyə gətirildiyini söyləyir. Müəyyən zəmanət olmadan o bura qayıtmazdı. Fikrimcə, hakimiyyətlə Akayev arasındakı razılaşma yerinə yetiriləcək, sadəcə biz bu müqavilənin nədən ibarət olduğunu bilmirik.

Məncə, DMTK onu tezliklə sərbəst buraxacaq, görünür ki, hansısa məbləğ büdcəyə köçürüləcək, ya da qarşılığında nəsə olacaq”, – deputat öz “Telegram” kanalında bəyan edib.

Akayev və “Kumtor” işi

DMTK-nin rəhbəri Kamçıbek Taşiyev hələ iyulun 8-də bəyan etmişdi ki, ölkədən qaçmış prezident Askar Akayev haqqında “Kumtor”da korrupsiya işi üzrə axtarış elan edilib. Elə həmin vaxt xəbər verildiyi kimi, daha bir qaçqın prezident Kurmanbek Bakiyev və oğlu Maksim axtarışdadır.

Həmin vaxt Taşiyev xəbər verib ki, Akayev 1992-1994-cü illərdə Qırğızıstan hökumətilə Kanadanın “Kameko” şirkəti arasında bağlanmış müqavilə ilə əlaqədar axtarılır.

Ölkəni tərk etmiş prezident Askar Akayev 1991-2005-ci illərdə Qırğızıstanın prezidenti olub, ölkədən 2005-ci ilin aprelində, “Zanbaq inqilabı”ndan sonra qaçıb.

Son məlumata görə, Akayev Bişkekə gətirilməzdən əvvəl Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2021-ci ilin 6 iyulunda o, Moskva–Sankt-Peterburq qatarında olub ki, bunu da Yuri Çelbakovun fotoları təsdiqləyir.

Askar Akayev Qırğızıstandan qaçandan sonra elmi fəaliyyətə qayıdıb. O, şəxsi saytında özünü “əsl humanistik və demokratik baxışlara malik insan, böyük alim” kimi təsvir edir.

Akayev Kumtor yatağında korrupsiya ilə bağlı işdə adı keçən ilk yüksək vəzifəli qırğız məmuru deyil.

2021-ci ilin mayından iyununa qədər qırğız məmurlarının səs-küylü həbsləri və sorğuları davam edib. “Kumtur” işinə görə keçmiş baş nazirlər Omurbek Babanov və Muxammedkalı Abılqaziyev saxlanılıb.

Həmçinin “Kumtor” işində korrupsiyada şübhəli kimi deputatlar Asılbek Jeenbekov və Torobay Zulpukarovun adları keçir. Yaşayış yerini tərk etməmək iltizamı ilə istintaqla əməkdaşlıq edən İshak Pirmatov sərbəst buraxılıb. Həmçinin istintaqla əməkdaşlığa razılaşan keçmiş deputat Talantbek Uzakbayev ev dustaqlığına buraxılıb.


24 saat” “Askar Akayev Qırğızıstana qayıdıb, onu DMTK-ya gətiriblər” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button