2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AŞPA Kara-Murzanın həbsində və Navalnının ölümündə əli olanları cəzalandırmağa çağırıb

Rusiyalı jurnalist Vladimir Kara-Murzanın təqibinə və ona qarşı amansız rəftara görə bilavasitə məsuliyyət daşıyan və bunda iştirak edən bütün şəxslər “Maqnitski qanunları”na uyğun olaraq hazırlanmış sanksiya siyahılarına daxil edilməlidir. Bu barədə aprelin 17-də AŞPA-nın plenar iclasında qəbul edilmiş qətnamədə deyilir.

ABŞ, Kanada, Böyük Britaniya və digər Aİ ölkələri tərəfindən qəbul edilmiş “Maqnitski qanunları” insan hüquqlarının pozuntusunda təqsiri olan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə imkan verir.

Qəbul edilmiş qətnamədə həmçinin deyilir ki, Kara-Murzanın tərəfdarları onun barəsində çıxarılan ağır hökmü (25 il azadlıqdan məhrumetmə) “onun uzun illər boyunca “Maqnitski qanunlarını” fəal şəkildə dəstəkləməsinə görə qisas” kimi qiymətləndirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

AŞPA Aİ-ni və məqsədli sanksiyalar haqqında qanunları olan bütün digər dövlətləri “Kara-Murzanın təqibinə və onunla amansız rəftara görə məsul olan şəxsləri sanksiya siyahılarına daxil etməyə” çağırıb.

Assambleya həmçinin hələ “Maqnitski qanunlarını” qəbul etməyən bütün dövlətlərə bunu dərhal etməyi təklif edib.

AŞPA Rusiya hakimiyyətini Kara-Murzanı dərhal azad etməyə, RF ilə əsir mübadiləsi haqqında danışıqlar aparan bütün dövlətləri isə Kara-Murzanı bu mübadilələrə daxil etməyə çağırıb.

AŞPA həmçinin Aleksey Navalnının xatirəsini yad edib, Rusiya dövlətinin onun ölümünə görə tam məsuliyyət daşıdığını bildirib və “Vladimir Putinin totalitar rejiminə” qarşı radikal mübarizə tədbirləri görməyə çağırıb.

Eyni zamanda, AŞPA Aİ-ni və digər dövlətləri Aleksey Navalnının təqibinə, ona qarşı amansız rəftara və onun ölümünə görə birbaşa məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bundan başqa, assambleya Aİ-ni və “Böyük Yeddiləri” “Moskovskaya birja” və “Rosatom”a qarşı sanksiyalar tətbiq etməklə, habelə Rusiya üçün gəlir mənbəyi olan neft gəlirlərini azaltmaq üçün neft qiymətlərinin yuxarı həddini endirməklə Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Assambleya həmçinin Rusiyanın demokratik qüvvələri ilə dialoq üçün əlaqə platforması yaratdığını bildirib və bu mövzuda baş məruzəçi vəzifəsi təsis etməyə çağırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button