2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AŞPA qətnaməsi və Azərbaycan: 2024-cü ilin yanvarı rəsmi Bakı üçün “isti” keçə bilər

Emil Məmmədli

Anar Məmmədli: Sənəd Azərbaycanın öhdəliklərini yada salmaq xarakteri daşıyır

Avropa Şurası Parlament Assambleyası Azərbaycana 2024-cü ilin yanvarına qədər Qarabağdan köçən erməni əhali ilə bağlı vaxt verib.

Saytların yığılması Saytlarin yigilmasi

Xorvat məruzəçi Domaqoy Haydukoviçin hazırladığı sənəd ətrafında keçirilən müzakirələrdən sonra qəbul olunan qətnamədə Azərbaycan ordusunun sentyabrın 19-20-də Qarabağ ərazisində keçirdiyi əməliyyat tənqid olunub.

AŞPA tələb edir ki, Azərbaycan 1990 və 2020-ci illərdəki müharibələrdə iştirakından asılı olmayaraq bütün erməni əhalisinə təhlükəsizlik və hüquqlarının təmin olunacağı ilə bağlı zəmanət versin.

Rəsmi Bakıdan həbs edilən separatçı rejimin liderlərinin azad edilməsi də tələb olunub.

Qeyd olunub ki, qətnamədə göstərilən tələblər yerinə yetirilmədiyi təqdirdə, 2024-cü ilin yanvarında AŞPA və Avropa Şurasının Nazirlər Kabineti ilə birgə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə məhdudiyyət qoyulması üçün prosedura başlanıla bilər.

Foto: XİN

Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın qətnaməsini qınadığını bəyan edib.

“AŞPA Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, əsassız şayiələrə və müəyyən dövlətlərin bölgəmizdə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan yanaşma nümayiş etdirməkdə davam edir”, – bəyanatda deyilir.

XİN qeyd edib ki, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.

“Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz”, – XİN bildirib.

Azərbaycanın qətnaməylə bağlı seyrçi qalacağını hesab etmirəm”

Azərbaycan ilə AŞPA arasında münasibətlərin hansı məcrada inkişaf edəcəyi barədə Meydan TV-nin suallarını cavablandıran insan hüquqları fəalı Anar Məmmədli qeyd edib ki, qətnamə Azərbaycanın öhdəliklərini yada salmaq xarakteri daşıyır.

“Söhbət 19 sentyabr hərbi əməliyyatından sonra yaranan vəziyyətdən gedir. Çünki həmin hadisələr kontekstində yeni situasiya yaranıb. Qarabağ ermənilərinin bölgəni tərk etməsi ilə avtomatik olaraq onlar qaçqın, yaxud məcburi köçkün statusuna düşürlər. Bu qrupun taleyi bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Şurasında müzakirə olunur. Məncə, bu müzakirələr gələcəkdə də davam edəcək”, – Anar Məmmədli deyib.

O hesab edir ki, hazırda rəsmi Bakıdan tələb olunan erməni əhalisinin geriyə qayıdışının təhlükəsizliyini hansı şəkildə təminatıdır. O izah edib ki, AŞPA rəsmi Bakının hansı mexanizmlərdən istifadə etməsi haqda plan təklif etməsini istəyir.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədli düşünür ki, AŞPA qətnaməsində olan tələblərin yerinə yetirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr davam edəcək.

“Yəqin ki, hökumət müəyyən planını, ideyalarını açıqlayacaq, həm Avropa Şurasını, həm də digər qurumları məlumatlandıracaq. Çünki üzv olduğu təşkilat hansısa qətnamə qəbul edirsə, hökumət əhalinin geri qayıdışı ilə bağlı mövqeyini açıqlamalıdır”, – o deyib.

2024-cü il yanvarın 1-ə qədər tələblərin yerinə yetirilmədiyi halda, Azərbaycanı nə gözləyə bilər” sualına cavab verən Anar Məmmədli vurğulayıb ki, gələcəkdə Azərbaycanın Avropa Şurasından çıxarılacağını düşünmür.

“Bu proses yeni başladığından zaman alacaq. Eyni zamanda, Azərbaycanın qətnaməylə bağlı seyrçi qalacağını hesab etmirəm, müvafiq planlarını təqdim edəcəyini gözləyirəm”, – o qeyd edib.

Azərbaycan dövləti xalqının tələbini yerinə yetirir”

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Meydan TV-yə bəyan edib ki, bu, qərəzli və əsası olmayan qətnamədir.

Onun fikrincə, bu sənədin arxasında anti-türk və anti-islamçılıq dayanır.

“Avropanın bəzi dairələri Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqe seçərək belə sənədlər hazırlayırlar. Əslində, onlar çox pərt olublar ki, soyqırımla bağlı bir fakt da çıxarda bilməyiblər. Ermənilər bölgəni tərk ediblər, birinin də burnu qanamayıb. Ancaq 1 milyon azərbaycanlı zorakılıqla, qətllərlə Ermənistandan və Qarabağdan, o cümlədən, ətraf 7 rayondan çıxarılmışdı. Azərbaycan isə 1 günlük hərbi əməliyyatda çox böyük humanizm nümayiş etdirib, yalnız hərbi məntəqələr vurulub. Mülki obyektlərin vurulmaması onu göstərir ki, Azərbaycana və Türkiyəyə qarşı münasibət əsassızdır və bunun arxasında erməni lobbisiylə bərabər korrupsiyaya qurşanmış bəzi Avropa siyasətçiləri durur”, – Asim Mollazadə deyib.

Asim Mollazadə
Mənbə: Meydan TV

AŞPA qətnaməsinin yerinə yetirilməsi ilə bağlı suala isə Asim Mollazadənin cavabı “Azərbaycan dövləti xalqının tələbini yerinə yetirir. Qarabağ da Azərbaycandır”, – deyib.

Deputatın sözlərinə görə, Avropa Şurasında anlamalıdırlar ki, onlar hansısa bir qapalı xristian klubunu yaratmaq istəyirlərsə, bunu açıq deməlidirlər.

“Artıq bəzi ölkələrdə antisemitizm, antiislamçılıq, rasizm artır. Bu, Avropa Şurasında müzakirələrdə də açıq ifadə olunmuşdu. Belə qətnamələr çox təəssüf doğurur, çünki Avropa Şurasının təməl prinsiplərinə və dəyərlərinə ziddir”, – o bildirib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button