2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Astaralı fermer qiymətdən, maya dəyərindən və qayğılardan danışır…


“Satan əkəndən çox qazanır”

Azərbaycanın cənub bölgəsində sitrus və subtropik meyvələrin tədarükü gedir. Fermerlər tədarük edilən meyvələrin qiymətinin aşağı olduğunu deyirlər. Fermer, iqtisadçı Rafiq Cəvərov mövcud vəziyyəti doğuran səbəbləri belə izah edir:

“Feyxoa dərilməlidir oktyabr ayın birinci on günlüyündə. Məhsulu dərirlər sentyabrın əvvəllərində. Həmin vaxtı feyxoanın 1 kiloqramı 2 manat 50 qəpiyə satılır. O vaxt məhsul keyfiyyətli olmur, tam yetişmir. Aparırlar Rusiyaya. Feyxoanı alırlar, dadına baxırlar, narazı qalırlar. Feyxoa məhsuluna maraq azalır”

Saytların yığılması Saytlarin yigilmasi

“Tam yetişməmiş məhsulu satıb problrmlərini həll etmək istəyirlər”

O deyir ki, naringi də dərilməlidir oktyabrın əvvəlində, amma bu prosesə sentiyabrın birindən başlayırlar:

“Sitrus meyvləri yetişdirənlərin ehtiyacı çoxdur, borca düşürlər. Tam yetişməmiş məhsulu satıb problrmlərini həll etmək istəyirlər. Vaxtından əvvəl dərilən narigidə dad yaxşı olmur. Məhsul tədarükünün ilk 5-6 günündə qiymət yüksək olur. Bazar dolandan sonra qiymət aşağı düşür.”

“Belə hallarda feyxoanı konserv zavodlarına verərərdik”

Fermer feyxoa bağını göstərib deyir ki,məhsulun yarıdan çoxu qalıb. Onun qeyd etməsinə görə, alıcı yoxdur:

“İlk əvvəl 4-5 ton feyxoanı 1 manat 70 qəpikdən satmışam. Sonra qiymətlər sürətlə düşdü. İndi kilosu 30 qəpikdir. Məhsul istəyən yoxdur. Belə hallarda feyxoanı konserv zavodlarına verərərdik. İndi o zavodlar məhsul götürümürlər. Səbəb odur ki, onlar da məhsullarını sata bilmirlər. Keçən ilki məhsullar qalıb zavodda. Koronavirus imkan vermədi.Yollar bağlandı, məhsulu xarici ölkələrə daşıya bilmədilər”

“Keçən il 4-5 ton məhsulum batdı, bu il də…”

Onun deməsinə görə, bu il Lənkəran konserv zavodu feyxoanın bir kiloqramını 15 qəpikdən alır:

“Mən fəhləyə yığdığı hər kiloqram feyxoaya görə 15 qəpik verirəm. Məhsulun maya dəyəri bizə 40-50 qəpiyə başa çəlir. Tədarük etmək sərf etmir. Keçən il 4-5 ton məhsulum batdı, bu il də yəqin elə olacaq.”

Onun sözlərinə görə bağlara çəkilən xərc də ildən-ilə artır:

“Dərmanlar bahadır. Xidmət etməyəndə xəstəlik ağacı məhv edirr. Bizim məhsullarımız əsasən Bakıya gedir. Marketlər, əhali alırdı. İndi koronavirusla bağlı qadağalar var. Koronavirus bazara təsir edib. Məhsul satışı faktiki dayanıb. 2015-ci ildə dollar bahalaşandan sonra ( 2 dəfə devalvasiya baş vermişdi. Manat 2 dəfə dəyər itirmişdi) ən böyük zərbəni aldım. İşlətdiyim müəssisələrin çoxu dayandı. Ondan sonra feyxoa, naringi meyvə bağlarını genişləndirdim.”

“Anbarlara ehtiyac var”

Fermer hesab edir ki, xüsusi olaraq sitrus və subtropik meyvələri saxlayan anbarlara ehtiyac var:

“Sadəcə məhsulu yaxşı qablaşdırmaq lazımdır. Anbarlar olsa daha çox ölkəyə məhsul göndərə bilərik.Baltikyanı ölkələrin, Polşanın bu meyvələrə ehtiyacı var.Feyxoada yod var, qanı təmizləyir. Naringini xüsusi qaydada bir il saxlaya bilirik. Amma feyxoanı saxlamaq olmur. Naringini saxalyırlar, qışda kiloqramını 3-4 manata verirlər. Rusiyada daha baha olur.”

Fermer düşünür ki, idxal da qiymətlərə təsir edir:

“Biz məhsul tədarük edən vaxtı Gürcüstandan,Türkiyədən,İrandan və digər ölkələrdən naringi gətirirlər.Qiymətə təsir edir.Bazar ölür.Xaricdən idxal edilən məhsulun qarşısını almaq düz olmazdı Amma onların məhsuluna yüksək rüsum qoyulmalıdır…”

“Gəlir ildən ilə azalır”

O deyir ki, istehsalı genişləndirmək fikri yoxdur. Çünki gəlir ildən-ilə azalır:

“Çəltik dəyirmanım var, mövsüm vaxtı işləyir. 7 hektar sitrus və subtropik meyvə bağı salınıb.Saxlamaq çox çətindir.Ağaclar ilboyu xidmət tələb edir.Məndə mövsümü fəhlə işləyir. İşləyənlərin sayı 40 nəfərə çatır.Günə hər fəhləyə 15 manat ödəyirəm.Daha çox gəlirim olanda fəhlələrə daha şox pul verirəm. Naringinin 1 kiloqramını 1 manata sata bilsəm fəhləyə günə 25 manat əmək haqqı ödəməyə imkanım olacaq. Naringini məndən 50 qəpiyə alırlar”

O əlavə edir ki, fəhlələrin arasında iqtisadi vəziyyəti ağır olanlar var:

“Bizim ölkədə müahribə gedir ( Sentyabrın 27-də Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlərin başlamasını nəzərdə tutur). Biz bunu yaxşı dərk edirk, dövlətimizin yanındayıq. Bütün hallarda daxili bazar vətəndaşlarımızın xeyrinə qorunmalıdır.”

“Biz qiymətə müdüxilə etmirik”

Astara rayon Kənd Təsərrüfatı idarəsinin direktoru Etibar Abbasov da deyir ki, sitrus və subtropik meyvələrinin qiyməti aşağı düşüb:

“ Qiymətin aşağı olması məhsullarının ixrac və idxalından aslı deyil. Məhsulu az olan kəndlilərin pula ehtiyacı olur. Məhsulu dəyər- dəyməzə satır. Nəticədə bu qiymətə mənfi təsir edir, qiymət düşür. Qiymət tənzimlənmir. Biz qiymətə müdüxilə etmirik.Bazar iqtisadiyyatıdır. Özləri razılaşıb satırlar. Məhsul yığımı başlayanda iri fermer təsərrüfatı olanlara müraciət etdik ki, bir yerə toplaşın, naringinin topdan satış qiymətini müəyənləşdirin.”

“Satan əkəndən çox qazanır.”

O qeyd edir ki, Bakı ilə müqayisədə qiymətlər yerlərdə çox ucuzdur:

“Rayonda feyxoa 30 qəpik, naringi isə 50 qəpiyədir. Burda işbazlar qazanır, iş adamı itirir, əhali də həmcinin. Satan əkəndən çox qazanır. Xaricə məhsul gedir, Rusiyaya aparmaq sərf edir. Qaldı sertifakt məsələsinə, Lənkəranda idarə var, sertifikat məsələsini həmin idarə tənizmləyir. Xaricə gedən məhsullara sertifikat verilir və dərmanlanır.”

Sadə vətəndaşlar isə qiymətlərin daha aşağı olmasını istəyirlər…

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button