Loading...
Loading...
Cəmiyyət

Ataları döydü, onlar baltaladılar: Masallıda iki qardaş əmilərni niyə öldürüb?

İyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

İyulun 31-də Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun qardaşı oğlanları tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.

İlkin məlumata görə, hadisə mülk üstündə baş verib.

Belə ki, Təzə Alvadı kəndində baba mülkünün bölünməsi qohumlar arasında münaqişəyə səbəb olub. 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərov evin onlara məxsus olduğunu söyləyərək, əmiləri İbadulla Səfərovla davaya çıxıblar. Tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə münaqişə ölümlə nəticələnib.

Sakinlərin bildirdiyinə görə, İbdulla Səfərov ata yurdunun üçdə bir hissəsinin ona aid olduğunu deyərək, evi sökmək istəyirmiş. Qardaşlar buna etiraz ediblər.

Digər məlumata əsasən, qətl törədən qardaşların ataları hazırda həbsdədir. Onun həbsinə səbəb qardaşı İbdulla Səfərovla dava etməsi olub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

24 saat” “Ataları döydü, onlar baltaladılar: Masallıda iki qardaş əmilərni niyə öldürüb?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Min bir dərdə dərman: Zaqatalanın müalicəvi daş hamamı – VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button