2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ATƏT Azərbaycanda jurnalistlərin həbsindən narahat olduğunu bildirib

“Azərbaycanda media işçilərinin son həbsləri dərin narahatlıq doğurur”.

Toplum TV xəbər verir ki, bunu yanvarın 16-da ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeyro “X” sosial media hesabındakı açıqlamasında bildirib. 

“”Abzas Media” və “Kanal 13″ daxil olmaqla Azərbaycanda mətbuat işçilərinin son həbsləri, eləcə onların qohumlarının incidilməsi dərin narahatlıq doğurur. Jurnalistlər təqib qorxusu olmadan ictimai maraq doğuran məsələlərdən xəbər verə bilməlidirlər. Jurnalistika cinayət deyil”, – Ribeyro açıqlamasında vurğulayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bir müddət əvvəl “Abzas Media” onlayn nəşrinin 6 əməkdaşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham edilərək həbs olunublar. Həmçinin “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov qaçaqmalçılıq ittihamı ilə həbs cəzasına məhkum olunub. 

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button