2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ATƏT müşahidəçisinin Azərbaycana buraxılmaması ilə bağlı cavab gözləyir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) İsveçrədən olan müşahidəçisi Nik Quqqerin (Nick Gugger) Azərbaycana buraxılmaması ilə əlaqədar dövlət orqanlarına sorğu göndərilib.

Toplum TV xəbər verir ki, bu barədə ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri Ouen Mörfi AzadlıqRadiosunun sualına cavab olaraq bildirib: “Bəli, bizim qısamüddətli müşahidəçilərimizdən biri ölkəyə dəvət olunsa da, icazə verilmədi. Bununla bağlı dövlət qurumları ilə mən danışmışam və sorğu göndərmişəm”.

Saytların yığılması Saytlarin yigilmasi

N.Quqqerin fevralın 3-də Bakıdakı hava limanında ölkəyə buraxılmayaraq geri qaytarıldığı bildirilir.

İsveçrə mediası qeydiyyatdan keçmiş ATƏT müşahidəçisinin ölkəyə buraxılmamasını “diplomatik təhqir” kimi qiymətləndirib. Belə hadisələrin nadir hallarda baş verdiyi vurğulanıb. Quqqerin Azərbaycana buraxılmamasının onun Avropa Şurasındakı fəaliyyəti ilə bağlı olması istisna edilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu hadisəyə şərh verməsə də, mediada yer alan iddialara görə, isveçrəli müşahidəçi Qarabağ ilə bağlı mövqeyinə görə Bakıda qadağa ilə üzləşib.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button