2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ATƏT PA prezidenti Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb

ATƏT PA prezidenti Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. B.Məmmədov görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də bu təhdid və maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib.

Ölkədə humanitar minatəmizləmə sahəsində həyata keçirilən işlərlə ətraflı maraqlanan və bu fəaliyyətin xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran P.Kauman suallarının cavablandırılmasına, habelə aşkarlanan hər bir mina və xilas edilən hər bir insan həyatına görə təşəkkürünü ifadə edib və Agentliyə fəaliyyətində uğurlar arzulayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button