2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Auditorlar Palatasının sabiq əməkdaşları məhkəmə qarşısına çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə prosesi başlayıb.

Müttəhimlər kürsüsündə Azərbaycan Auditorlar Palatasının əməkdaşları əyləşib.

Onlar vəzifələrində saxtakarlıq etməklə dövlətə aid olan 800 min manata yaxın pul mənimsəməkdə təqsirli bilinirlər. Bu məhkəmə işi hakim Elnur Nuriyevin icraatındadır. Məhkəmə iclasında dövlət ittihamçısı İttiham aktını elan edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Palatanın keçmiş işçiləri Fəridə Novruzova, Gövhər Əhmədova və Vəli Rəhimova qarşı irəli sürülmüş ittihamlara görə, onlar 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması işlərində saxtakarlığa yol veriblər. Ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumlarının adına onların xəbəri olmadan “Azərbaycan Beynəlxalq Bankı”nda kart hesabı açdırıblar, həmin karta pul köçürülmələri ediblər. Kartlara müxtəlif vaxtlarda hisə-hissə olmaqla cəmi 717 min 311 manat köçürülüb və nağdlaşdırılıb. 

Fəridə Novruzovayla Gövhər Əhmədova ittiham üzrə özlərini qismən təqsirli biliblər. Gövhər Əhmədova hakimə bildirib ki, Vəli Rəhimovun verdiyi əmrləri icra edib. Fəridə Novruzova maddi ehtiyacı olduğu üçün bu işə qol qoyduğunu deyib. Vəli Rəhimovsa özünü təqsirsiz hesab edir. “Mən sadəcə olaraq işimdə səhlənkarlığa yol vermişəm”, – o, məhkəməyə belə deyib. 

Vəli Rəhimovun vəkili məhkəməyə bildirib ki, mənimsənildiyi iddia olunan pulların hansı bankların bankomatlarından, hansı saatda, hansı ünvanda, kim tərəfindən nağdlaşdırıldığı cinayət işinin materiallarında əksini tapmayıb. O, bu məlumatların alınması üçün banka sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırıb. 

Hakim təqsirləndirilən şəxslərdən karta pulların necə köçürülməsi ilə bağlı soruşanda təqsirləndirilənlərdən biri Gövhər Əhmədova bildirib ki, o, pulları övladlarının adına olan kartlara internet üzərindən köçürürüb. 

Vəkilin vəsatəti təmin olunub. Növbəti məhkəmə iclası fevralın 23-nə təyin edilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button