2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa Birliyi – Azərbaycan iclası keçirilib

Aprelin 26-da və 27-də Bakıda Avropa Birliyi (AB) – Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 9-cu iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, AB tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

XİN bildirir ki, iclasın birinci günü tərəflər arasında insan hüquqları, demokratiya sahəsində mülki, iqtisadi, siyasi, sosial hüquqlar və insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr keçirilib.

Açıqlamaya görə, növbəti gün isə ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna,Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

24 saat” “Avropa Birliyi – Azərbaycan iclası keçirilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button