Now Reading:
“Avropa Parlamenti və Azərbaycan bir-birlərinin qərarlarına etinadsızdır”

“Avropa Parlamenti və Azərbaycan bir-birlərinin qərarlarına etinadsızdır”

Mirmahmud Mirəlioğlu: “Odur ki, Baş Prokurorluğun qərarı çətin ki, münasibətləri gərginləşdirsin” Məlum olduğu kimi, Azərbaycanın Baş Prokurorluğu Avropa Parlamentinin üç deputatı ilə bağlı cinayət işi qaldırıb. Həmin deputatlar qondarma Dağlqı Qarabağ “Respblikası”na qanunsuz səfər etməkdə, onun qurama müstəqilliyini təbliğ etməkdə ittiham olunur. Baş Prokurorluğun bu qərarı Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətləri gərginləşdirə bilərmi? 24saat.org-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu belə bir gəginliyin baş verəcəyini ehtimal etmədiyini bildirib: “Bu qərarın Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətləri gərginləşdirəcəyinə inanmıram. Avropa Şurası, Avropa Parlamenti, Avropanın ayrı-ayrı dövlətləri Azərbaycan tərəfinin qəbul etdiyi qərarlara etinadsızdılar. Əslində bu etinadsızlıq qarşılıqlıdır. Azərbaycan da həmişə qarşı tərəfin qəbul etdiyi qərarlara etinadsızlıq göstərib. Bu səbəbdən də inanmıram ki, Baş Prokurorluğun bu qərarının Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətləri kəskinləşdirəcəyinə inanmıram”.

Seymur Əliyev

Input your search keywords and press Enter.