2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa Rusiya sərnişin təyyarələrini ‘təhlükəli’ kateqoriyasına saldı

Bu o deməkdir ki, bu şirkətlərin təyyarələri Aİ ərazisi üzərindən uça bilməzlər

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqı Rusiyanın 21 mülki aviasiya şirkətini uçuşlar üçün təhlükəli siyahısına salıb.

Bu o deməkdir ki, bu şirkətlərin təyyarələri Aİ ərazisi üzərindən uça bilməzlər.

Qərara verilən izahatda deyilir ki, təyyarə sahibləri və istehsalçıları Rusiya təyyarə donanmasının texniki vəziyyətinə görə cavabdeh deyillər.

Aİ-nin qadağan siyahısına Rusiyanın iri aviasiya şirkətləri, məsələn Aeroflot, Pobeda, S7, Rossiya, Utaier və Ural hava yolları şirkətləri salınıb.

Sözü gedən qadağan siyahısında İraq, İran, Şimali Koreya, Əfqanıstan, Qırğızıstan və bir neçə başqa ölkələrin aviaşirkətləri də var.

Avropa Komissiyası xatırladıb ki, Moskva Rusiya aviasiya şirkətlərinə təyyarələrdən müvafiq beynəlxalq sertifikasiya olmadan istifadəyə icazə verib.

Avropa İttifaqının məqliyyat komissarı Adin Velyan deyib ki, belə bir hal sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Təyyarələrin qiyməti sıfırlanıb

Rusiya sərnişin təyyarələrinin böyük bir hissəsi Qərb lizinqçilərinə məxsusdur və mart ayınadək Bermud adalarında qeydiyyatda idi.

Ukraynada müharibə başlayandan sonra Rusiya bu təyyarələri əslində müsadirə edərək öz qeydiyyatına salıb.

Bu səbəbdən təyyarələrə texniki xidmət artıq Qərb ölkələri və istehsalçıları tərəfindən aparılmır.

Pobeda aviasiya şirkətinin keçmiş rəhbəri Andrey Kalmıkov Kommersant qəzetinə müsahibəsində deyib ki, bu təyyarələr beynəlxalq bazarda tamamilə dəyərdən düşüb:

“Rusiya reyestri faktiki olaraq təyyarənin qiymətini sıfırlayır. Bu təyyarələrə naməlum sxemlər əsasında naməlum sertifikatları olan adamlar xidmət göstəririrlər”.

Rusiya aviaşirkətlərinin və Rusiyada qeydiyyatda olan təyyarələrin Avropaya bütün uçuşları hələ fevral ayından qadağan olunub.

24 saat” “
Avropa Rusiya sərnişin təyyarələrini ‘təhlükəli’ kateqoriyasına saldı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button