2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Şurası hakimiyyəti mətbuatı boğmamağa çağırır

Avropa Şurası Parlament Assambleyası Media Azadlığı vә
Jurnalistlәrin Tәhlükәsizliyi üzrә baş direktoru Vladimir Ariev
bu gün Turan İnformasiya Agentliyinin rәhbәri Mehman Әliyevin hәbs edilmәsindәn dolayı narahatçılığını bildirib. Aeiev bildirib ki; “Turan İA-nın rәhbәri Mehman Әliyev Yasamal rayon polis idarәsindә saxlanılıb vә orada gәlir bәyannamәsinin açıqlanmaması sәbәbi ilә başlanılan istintaq zamanı Vergilәr Nazirliyinin İstintaq İdarәsinә aparılıb. Azәrbaycan hökumәtini Mehman Әliyevi dәrhal azad etmәyә vә istintaqı apararkәn cәza maddәlәrindәn istifadә etmәmәyә çağırırıam. Turan әvvәllәr dә buna bәnzәr iddialarla qarşı-qarşıya qalıb vә daha әvvәl aparılan yoxlamalar agentliyin vergi öhdәliyini yerinә yetirdiyini göstәrib. Azәrbaycan hökumәti ölkәdәki mәtbuat azadlığını boğan addımlar atmaqdan çәkinmәlidir. Turan bir çox media azadlığı tәşkilatları tәrәfindәn Azәrbaycanda qalan sonuncu müstәqil media qurumlarından biri olaraq tәqdim olunur. Agentlik vergidәn yayınma iddialarını rәdd edib vә davam edәn istintaqın hökumәt tәrәfindәn hazırlanan bir kampaniyanın tәrkib hissәsi olduğunu bildirib. Bu istintaq mәtbuatın vә jurnalistlәrin tәhlükәsizliyinin tәmin olunması üçün Avropa Şurası Platforması tәrәfindәn izlәnilir. Azәrbaycan hökumәtindәn hәlәlik bir cavab ala bilmәmişik.”

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button