2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Şurası Nazirlər Komitəsinin gündəliyinə Azərbaycanla bağlı 25-dən artıq qərar daxil edilib

Komitə 3 gün məhkəmə qərarlarının icra durumunu müzakirəyə çıxaracaq

Dekabrın 5-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 1483-cü toplantısı işə başlayıb.

Toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə edilir.

Saytların yığılması Saytlarin yigilmasi

İcra durumu müzakirə edilən qərarlar Albaniya, Ermənistan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Malta, Moldova Respublikası, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

Üç gün davam edəcək toplantının gündəliyinə Azərbaycanla bağlı 25-dən artıq qərar daxil edilib.

Müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Bu qərarların hər birinin icra durumu problemlidir. Qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər qismən həyata keçirilməmiş qalır.

Muradova, Məmmədov (Cəlaloğlu), Mikayıl Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.

“Müşfiq Məmmədov və Başqaları Azərbaycana qarşı” qərarı hərbi xidmət yaşına çatmış ərizəçilərin həqiqi hərbi xidmətdən azad olunmaq, alternativ mülki xidmət keçmək tələblərinin rədd edilməsi, onların cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır.
AİHM bu işlərdə şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib.

AŞ NK-nın icra durumunu müzakirə etdiyi digər qərar “Makuçyan və Minasyan Azərbaycana qarşı” işi üzrə qərardır. Bu qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır.

Nazirlər Komitəsi müzakirələrin sonunda qərarlar qəbul edəcək. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM qərarlarının icrası dövlətlər üçün məcburidir. AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button