2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP də seçkidə iştirak etməyəcək

Qərarı partiyanın qurultayı qəbul edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 7 fevral növbədənkənar Prezident seçkisində iştirak etməyəcək.

Bu barədə dekabrın 16-da partiyanın sədri Əli Kərimli VII (X) qurultayda bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, partiyadaxili müzakirələr apararaq seçkilərdə iştirak etməməyə qərar veriblər.

Qurultay Əli Kərimlinin çıxışından sonra seçkidə iştirak edib-etməməyi səsə qoyub.

Qurultay seçkidə iştirakın əleyhinə səs verib, 2 nəfər isə seçkiyə qatılmağı dəstəkləyib.

Bununla da AXCP seçkini boykot qərarı çıxarıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXC) 1992-ci ildə Prezident seçkilərinə Əbülfəz Elçibəyin namizədliyini irəli sürüb və qalib gəlib.

1995-ci ildə parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə Azərbaycan Xalq Cəbhəsinin bazasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təsis edilib, 1 sentyabr 1995-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

AXCP-in qurultayı. Foto: Meydan TV

Partiya 1998-ci il Prezident seçkilərini boykot etsə də, 2003-cü ildə AMİP sədri Etibar Məmmədovun namizədliyini dəstəkləyib.

AXCP 2008-ci il Prezident seçkilərini də boykot edib. Amma 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, professor Cəmil Həsənlinin namizədliyini müdafiə edib.

2018-ci il seçkilərində isə iştirak etməyib.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bu günə qədər ölkə başçısı İlham Əliyev və Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc və Böyük quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa namizədliyini irəli sürüb.

Müsavat Partiyası isə dekabrın 15-də bəyanat yayaraq, seçkidə iştirak etməməklə bağlı qərar qəbul etdiyini açıqlayıb.

Partiya bunu seçkiqabağı mühit və ölkədəki siyasi həbslərlə əlaqələndirib.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button