2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

AXCP iclas üçün yer istəyib…

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin iclası üçün yerlə bağlı müraciətinə müsbət cavab verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Partiyadan AzadlıqRadiosuna bildirilib ki, iclasın keçirilməsi üçün müvafiq zalın ayrılması ilə bağlı müraciətə şöbə müdiri Elmin İmanovun imzası ilə cavab verilib: “Məktubda bildirilir ki, “qapalı məkanda hər hansı bir tədbirin keçirilməsi qanuna müvafiq olaraq BŞİH tərəfindən tənzimlənmir”. Halbuki, Bakı şəhərində dövlətə aid olan bütün daşınmaz əmlakların sahibi istisnasız olaraq BŞİH-dır”.

AXCP-dən o da qeyd olunub ki, bundan əvvəlki illərdə də iki dəfə icra hakimiyyətinə eyniməzmunlu müraciətdən sonra analoji cavablar alıblar: “Geniş etiraz kampaniyasından sonra məhz BŞİH-nin tapşırığı ilə bizə münasib yer verildi və biz həmin məkanda partiyanın qurultayını və Ali Məclisin genişləndirilmiş sessiyasını keçirdik. Biz budəfəki imtinanı partiyamıza qərəz kimi qiymətləndiririk”.

AXCP-nin hazırda öz qərargahı yoxdur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə bütün siyasi partiyalara fəaliyyət üçün imkanlar yaradıldığını bildirirlər.

AXCP Azərbaycan Xalq Cəbhəsinin (AXC) varisidir. 1989-cu il iyulun 16-da yaradılan həmin təşkilat Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən bir il sonra, 1992-ci ildə həmin təşkilatın sədri Əbülfəz Elçibəy ölkə prezidenti seçilib. Amma bir il sonra silahlı itaətsizlikdən sonra Elçibəy paytaxt Bakını tərk edərək doğulduğu Kələki kəndinə gedib. Azərbaycanda 1993-cü ildə növbədənkənar keçirilən prezident seçkisinin qalibi isə Heydər Əliyev olub.

AXC 1995-ci ildə partiyaya çevrilib. Hazırda müxalifət düşərgəsində təmsil olunur.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button