2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP sədrinin müavini: “Hökumətlə görüşə hazırıq, lakin…”

Seymur Həzi: “Başqa halda bizim hansısa tanışlıq formatında imitasiyada iştirak etmək fikrimiz yoxdur”

Bildiyimiz kimi, hakimiyyət parlament seçkilərindən sonra müxalifət nümayəndələri ilə də dialoqa başlayıb. Bu günlərdə ölkənin, demək olar ki, bütün siyasi qurumların rəhbərləri Prezident Administrasiyasına dəvət olunub və müzakirələr aparılıb.

Dünən isə AXCP sədri Əli Kərimli Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən görüşə dəvət edildiyi barədə məlumat verdi. Bildirdi ki, müavini Seymur Həziyə həmin görüşə getməyi və Ə.Vəliyevlə dialoqun predmetini müzakirə etməyi təklif edib. S.Həzi də öz növbəsində, görüşməyə hazır oldunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sözügedən görüşün baş tutub-tutmadığına, nəticənin necə olduğunu öyrənmək məqsədilə AXCP sədrinin müavini Seymur Həziyə bir neçə sual ünvanladıq:

Dünən AXCP sədri Əli Kərimli məlumat vermişdi ki, Administrasiyadan ona dəvət gəlib və görüşə sizi göndərəcək. Görüşdünüzmü, nəticə necə oldu?

Bizim mövqeyimiz belə olub ki, partiya bu cür dialoqlarda bir halda iştirak edə bilər: hökumət bəlli məsələləri müzakirə və həll etmək üçün iradə göstərsə. Biz bu məqsədlə siyasi həyatın dörd prinsipial problemini təklif etmişik. AXCP sədri bildirib ki, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı və seçki islahatları məsələsini müzakirə etmək bizim üçün məqsədəuyğundur. Bu mövzular və hökumətin başqa təklifləri olacaqsa, onu razılaşdırmaq üçün ilk növbədə Prezident Administrasiyasının şöbə müdiri ilə AXCP sədrinin müavini görüşüb predimeti razırlaşdırırlar. Sonra isə hakimiyyətin daha səlahiyyətli nümayəndəsi ilə AXCP sədri ilə görüşüb müzakirə apara bilər.

Başqa halda bizim hansısa tanışlıq formatında imitasiyada iştirak etmək fikrimiz yoxdur. Bu təklifimizə dünən belə reaksiya verilib ki, guya biz imtina etmişik. Əslində isə hakimiyyət bizim predimetlər üzrə danışmaq təklifimizdən, yəni problemləri müzakirə etməkdən imtina edib.

Yuxarıda qeyd etdiyiniz təklifləri elə görüşdə səsləndirmək daha məqsədəuyğun olmazdımı?

Cəmiyyət açıq bilməlidir ki, biz nəyi danışmaq üçün görüşürük. Bu, açıq siyasətin qızıl qaydasıdır.

Bəlkə, görüşməyiniz daha faydalı olardı?

Biz imtina etməmişik axı, biz demişik ki, görüşək, siyasi mühiti yumaşaltmaq naminə bu məslələri müzakirə edək. Ancaq bu problemlər həll edilməzsə, hökumətdən hansı məsələdə və necə yumşalma gözləmək olar?

Konkretləşdirək: görüş olacaq, yoxsa yox?

Bu, hökumətdən asılıdır, biz dediyim formada hazırıq.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Milli Məclisdəki çıxışı zamanı bütün siyasi çevrələrə əməkdaşlıq təklif edildiyini, bir qrupun isə bundan imtina etdiyini bildirmişdi.

Ayna.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button