2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP və Müsavat seçkilərin nəticəsiylə bağlı bəyanat yayıb

Azərbaycanın müxalifət partiyaları – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıblar. 

Toplum TV xəbər verir ki, AXCP seçkilərin nəticələrini tanımadığını açıqlayıb.

AXCP bəyan edib ki, seçkilər tam rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyi üçün həqiqi seçki olmayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Partiyanın bəyanatında həmçinin ədalətli siyasi rəqabət üçün şəraitin olmaması, hökumət tənqidçilərinə və jurnalistlərə qarşı repressiyalar həyata keçirdiyindən bu seçkiləri boykot etdiyi xatırladılıb.

Partiya azad və ədalətli seçkilərə nail olmaq üçün bütün konstitusion vasitələrdən istifadə edəcəyini bəyan edib. 

Öz növbəsində Müsavat Partiyası da növbədənkənar prezidenti seçkilərinin azad və ədalətli mühitdə keçirilmədiyini bildirib. Partiya ölkədə seçki mühitinin olmadığını əsas gətirərək əvvəlcədən seçkilərdə iştirak etməmək barədə qərar qəbul etdiyini xatırladıb. 

“Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir”, – Partiyanın bəyanatında vurğulanıb. 

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən, Prezident İlham Əliyev səslərin 92,05% faizini qazanıb. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button