Loading...
Loading...
Texnologiya

Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratmağı planlaşdırır

    NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi üzərində çalışır. Sözügedən təşkilatların mütəxəssisləri Ayda yerüstü nüvə enerqosistemi üçün nəzərdə tutulmuş artıq 3 layihəni seçiblər. Həmin layihələr özəl şirkətlər tərəfindən reallaşdırılacaq. NASA-nın planına əsasən bu məsələdə baş tutacaq müsabiqə nəticəsində seçiləcək bir layihəni artıq bu onilliyin sonunda Ayda reallaşdırmaq mümkün olacaq. Bundan əlavə olaraq NASA hesab edir ki, Ayda nüvə enerqosisteminin yaradılması üçün nəzərdə tutulmuş texnologiyaları həmçinin yeni nüvə mühərriklərinin yaradılmasında da istifadə etmək mümkün olacaq.

    Həmin nüvə mühərrikləri sayəsində isə kosmik gəmilər təkcə Aya və Marsa deyil, həmçinin Günəş sisteminin digər planetlərinə də səyahət edə biləcəklər. Ayda nüvə enerqosisteminin yaradılması üzrə NASA hələ ki, 3 şirkət ilə müqavilə bağlayıb. Söhbət, Lockheed Martin, Westinghouse of Cranberry Township IX adlı şirkətlərdən gedir. Sözügedən şirkətlər il ərzində Aydakı enerqosistemin yaradılması üzrə konsept layihələrini təqdim etməlidirlər. Bağlanılmış hər bir müqavilənin dəyəri 5 milyon dollar təşkil edir. Bu vəsait sayəsində hər bir şirkət 40 kilovatt gücündə nüvə enerqosisteminin konseptini hazırlamalıdır. Bununla belə enerqosistem Ayda minimum 10 il çalışma potensialına sahib olmalıdır.

    Mütəxəssislərin sözlərinə əsasən nisbətən kiçik və istifadə də rahat olan nüvə enerqosistemləri Ay səthində yerləşdikləri yerdən asılı olmayaraq fasiləsiz enerji təminatını yerinə yetirə bilərlər. NASA mütəxəssisi olan Jim Reuter hesab edir ki, yeni texnologiyalar Ayda və Marsda mövqeləri bərkitməklə yanaşı həmçinin digər planetlərə səyahət etmək imkanını da verə bilərlər. “Bu layihələrin hazırlanması Ayda nüvə energetikasının yaradılması yolunda ilk addımlardır. Müsabiqədə iştirak edən özəl şirkətlərin bu istiqamətdə sərgiləyəcəkləri layihələr mənə çox maraqlıdır” – deyə ABŞ Energetika Nazirliyinin təmsilçisi John Wagner qeyd edib. NASA ilkin hazır konseptləri əldə etmək və nəticədə onlardan birini seçmək istəyir. Seçilmiş konsept layihə isə növbəti maliyyələşmə prosesinə keçid edəcək.

Gözdən qaçırmayın:  Telefonunuz boş olsa belə onu doldurmamaq üçün 3 SƏBƏB

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button