2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Ayın yerə yaxınlaşması təhlükəlidirmi?

Sentyabrın 13-də Ayın Yerə yaxınlaşması hadisəsi qeydə alınacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələr vasitəsilə əhali arasında yayılan kütləvi xəbərdarlıq mesajlarına münasibət bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, xəbərdarlıqda Ayın Yerə həddindən artıq yaxınlaşdığı üçün Yer planetində güclü kosmik fırtına, şüalanmanın olacağı qeyd edilib.

X. Mikayılov qeyd edib ki, bunların hamısı yanlış söhbətlərdir: “Ayın yerə yaxınlaşması mobil telefonlara, texnikaya hər hansı bir təsir göstərə bilməz. Çünki ayın özünün şüalanması yoxdur, Günəşin şüalarını əks etdirir. Hər bir ay ərzində Ayın Yerə yaxınlaşması və uzaqlaşması halları müşahidə edilir. Bu il də Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq. Bu zaman Ayla Yer arasında 369 min km məsafə olacaq. Bu yaxınlaşma adi hallardan biri hesab olunur. Təbiət hadisələrindən biri olan Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması “Super Ay” isə 2018-ci il yanvarın 2-də qeydə alınacaq. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 km olacaq. Bu vaxta kimi bir neçə dəfə “Super Ay” hadisələri baş verib və bu yaxınlaşmalar zamanı hansısa təhlükələr olmayıb”.

X.Mikayılov əlavə edib ki, sentyabrın 13-də və 2018-ci il yanvarın 2-də qeydə alınacaq Ayın Yerə yaxınlaşması zamanı da hansısa təhlükəli halların olması gözlənilmir. Bu gün insanlar arasında cəhalətin baş alıb getdiyini deyən direktor müavini vurğulayıb ki, falçılar, müəyyən qrup adamlar belə məlumatlar yayaraq insanları daha da vahimə içərisində saxlamağa çalışırlar: “Belə şeylərdən uzaq olmaq lazımdır. Sosial şəbəkələr vasitəsilə yayılanlar doğru olmayan və bir qrup insanın uydurduğu yalan məlumatdır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button