Loading...
Loading...
Xəbərlər

Azərbaycan 'Azadlıq' qəzetinə görə təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 30-da “Azadlıq” qəzeti və “Qənimət Zayidov Azərbaycana qarşı” iş üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağalıyevin məlumatına görə, AİHM ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə olunduğuna qərar verib: “Pozuntunun tanınmasının ərizəçiyə dəymiş mənəvi zərəri kompensasiya etdiyi qənaətinə gələn məhkəmənin qərarına görə, hökumət hüquqi məsrəflər ilə bağlı ərizəçilərin vəkilinə 1 min 500 avro ödəyəcək”.

Bu işdə ərizəçilər “Azadlıq” qəzeti və həmin qəzetin redaktoru Qənimət Zayidov (Zahid) idi.

Hüquqşünas bildirir ki, şikayətPrezident köməkçisinin korrupsiya aparatı” sərlövhəli məqaləyə görə ərizəçilərə qarşı qaldırılmış mülki məhkəmə iddiaları ilə bağlı idi. Sözügedən məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən Tariyel Ağayevdən, onun qohumlarından bəhs edilir.

T.Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək qəzeti və qəzetin baş redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar vermişdi – dəymiş mənəvi ziyana görə qəzet 40 min, qəzetin baş redaktoru isə 25 min manat cərimələnmişdi. Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd etmişdi.

Qərara qarşı tərəfin və Azərbaycan Məhkəmə-Hüquq Şurasının münasibətini almaq mümkün olmayıb.

Qənimət Zahid hazırda mühacirətdədir. O, 2007-ci ildə həbs edilib. Xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilən redaktor 2010-cu ildə əfv sərəncamı ilə azadlığa çıxmışdı.

“Azadlıq” qəzetinin isə nəşri dayanıb. Üstəlik, qəzetin saytına da girişə Azərbaycandan məhdudiyyət qoyulub.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  ABŞ Rusiyaya kömək edən Özbəkistan şirkətinə sanksiya qoydu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button