Xəbərlər

Azərbaycan prezidenti Qırğızıstandan Qazaxıstana gedib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Qazaxıstana işgüzar səfər edib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı və Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçılarının iclasında iştirak edəcək.

Qazaxıstanın paytaxtı Astanada 11 ölkənin lideri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı iclasını keçirəcəklər. Orada Rusiya Prezidenti Vladimir PutinTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü də gözlənir.

Oktyabrın 13-də Qazaxıstanda habelə, MDB xarici işlər nazirləri Şurasının növbəti iclası keçiriləcək. Bir gün sonra isə bu qurumun Dövlət Başçıları Şurasının iclası olmalıdır.

Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.

MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Gürcüstan və Baltikyanı ölkələrdən başqa keçmiş SSRİ respublikaları orada təmsil olunur.

Azərbaycan Prezidenti oktyabrın 11-i və 12-də Qırğızıstanda səfərdə olmuşdu. Qırğızıstan dövlət başçısı ilə görüşən İ.Əliyev iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdi. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bir çox sənədlər də imzalanıb. Onlardan biri də Azərbaycan və Qırğızıstan paytaxtlarının qardaşlaşması ilə bağlı olub.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Vaşinqton danışıqlarda konkret nəticə vəd edə bilməsə də...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button