2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşüblər

Azərbaycanca Русский English

Bu gün Pekində “Bir kəmər- bir yol” beynəlxalq forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentləri görüşüblər, RF dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

İki ölkə lideri müxtəlif sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafını qeyd ediblər.

“Biz sizinlə müntəzəm görüşürük. Bu, təkcə fikir mübadiləsi üçün imkan yaratmır, həmçinin bizgə işimizə düzəliş vermək imkanları da əldə edirik. Fikrimcə, ümumilikdə işlər pis getmir. Ticarət- iqtisadi əlaqələr inkişaf edir. Deyə bilərik ki, sizin təşəbbüşünüz ilə ticarət-iqtisadi sahədə xüsusi qarşılıqlı təsir mexanizmi yaratmışıq”, – Putin deyib.

İ.Əliyevin fikrincə, yüksək səviyyədə görüşlər münasibətlərin inkişaflma böyük təkan verir. “Biz müntəzəm görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlıq, qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edirik. Biz münasibətlərin inkişafından razıyıq. Və fəal syasi dialoq aparılır. Biz əmtəə dövriyyəsində artım müşahidə edirik”, – dövlət başçısı deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O, nəqliyyat-logistika sahəsini mühüm əməkdaşlıq istiqaməti adandırıb. “Burada da yaxşı nəticə var. Energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində.

Zənnimcə, bu gün qarşılıqlı münasibətlərin səviyyəsi elədir ki, bir çox məsələlərin həllinə, ikitərəfi və regional gündəliyə imkan yaradır. Odur ki, əminəm ki, indiki görüş dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək, qarşılıqlı hörmətə əsaslanan müansibətlərin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk və ardıcıl şəkildə irəliləməyə ümud edirik”, – o bildirib.

Putinin sözlərinə görə, ötən il əmtəə dövriyyəsi 14 faiz artaraq 2,5 milyard dollara çatıb. “Beynəlxalq gündəlikdə də ümumi məsələlərimiz çoxdur. Biz avqustda Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammitinin keçirilməsi barədə razılığa gəlmişik”, – V.Putin vurğulayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button