Xəbərlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı polis təzyiqinə məruz qaldığını bildirib

Loading...

Bakı/23.11.21  Noyabrın 22-də Xalq Cəbhəsi Partiyasının fəalı Tofiq Məmmədov polis bölməsinə aparılıb. O, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında kiçik ticarətlə məşğul olur.

4 gün öncə polis ondan siyasi məhbus Saleh Rüstəmovun aclıq etməsilə əlaqədar sosial şəbəkələrdə hakimiyyəti tənqid etməyə son qoymağı tələb edib. Məmmədov isə tənqidi davam etdirəcəyini bildirdikdə ona ticarət etməyi qadağan ediblər.

Noyabrın 22 – də o, öz ticarət nöqtəsində “Siyasi məhbuslara azadlıq!” və “Polisə istefa!” sözləri yazılmış şüarlar asıb.  

Bundan sonra onu Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə aparıblar. Orada aksiyaları dayandırmaqla bağlı xəbərdardarlıq ediblər və deyiblər ki, yenidən çağıracaqlar.

Məmmədov əvvəllər də təqiblərə məruz qalıb, 2019-cu ildə isə üç dəfə inzibati həbsə məruz qalıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. —06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button