Xəbərlər

Azərbaycanda Bayraq Günüdür

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bir qədər sonra, dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Bu üçrəngli (göy, qırmızı, yaşıl), üzərində ay və səkkiz guşəli ulduzun əks olunduğu dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib, 1920-ci il aprelin 28-nə kimi (Cümhuriyyətin devrilməsinə qədər) dövlət statusuna malik olub. Azərbaycan SSRİ-nin tərkibində olanda bu respublikanın ayrı bayrağı olub.

1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik Günü (18 oktyabr) və Konstitusiya Günü (12 noyabr) isə iş günü elan edilib.

Ötən il Milli Məclis Müstəqillik Gününün adını Müstəqilliyinin Bərpası Günü adlandırıb.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button