Xəbərlər

Azərbaycanda koronavirus: 251 yoluxma, ölən olmayıb

“Bugünkü test sayı isə 8479-dur”

İyulun 20-də Azərbaycanda 251 adam COVİD-19 infeksiyasına yoluxub, 79 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirus infeksiyasınadn ölən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 338 min 837 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 331 min 429 nəfər müalicə olunaraq sağalıb, 4994 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2414 nəfərdir”.

O cümlədən, ötən müddətdə 3 milyon 929 min 320 test aparılıb:

“Bugünkü test sayı isə 8479-dur”.


24 saat” “Azərbaycanda koronavirus: 251 yoluxma, ölən olmayıb” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button