Loading...
Loading...
Gündəm

Azərbaycanda ov edən Qətər vətəndaşı cərimələnib

“2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş cərimələnib”

Qanuncuz ov etməkdə təqsirləndirilən Qətər vətəndaşı 2950 manat məbləğində cərimə edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin yaydığı açıqlamada belə deyilir. 

Bildirilir ki, xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb. 

Araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda – Hacıqabulun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib: “Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub”.

Xidmət rəisi onu da qeyd edib ki, Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş cərimələnib.

Sözügedən məlumatı təbiətin mühafizəsi ilə məşğul olan “Ecofront” təşkilatı öz “Facebook” səhifəsində yayıb https://fb.watch/aMRwOkh0eF/.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun