Xəbərlər

Azərbaycanda qeyri-adi qəza: avtomobil divara çıxdı – VİDEO

Tovuzda qeyri-adi qəza baş verib.

ARB Kəpəz xəbər verir ki, rayonun İbrahimhacılı kəndində sürücü Şəmkir rayon Tatar kənd sakini İkram Bayramoğlu idarə etdiyi “Niva” markalı avtomobili divara dırmaşdırıb.
Onun qarşıdan gələn digər maşınla toqquşmamaq üçün anidən basdığı əyləc idarəetmənin itirilməsi ilə nəticələnib. Bu zaman Niva yoldan çıxaraq maneələrə çırpılıb və evlərdən birinin divarına qalxaraq dayanıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button