2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycanda terror törətmək istəyirlər – Fotolar yayıldı

isisTürkiyədə xüsusi xidmət orqanları tərəfindən aparılan əməliyyat nəticəsində İŞİD-in 5 terrorçusu ifşa edilib.

Aznews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçuların şəkilləri kəşfiyyat hesabatları ilə birgə bütün polis məntəqələrinə göndərilib. Siyahıda adı olan və ABŞ pasportuna malik 32 yaşlı Abu Ayman At-Maghribinin (kod adı Darvan el-Haymar) arvadı Khadiji Nejarı və 2 uşağı ilə birgə 2014-cü il yanvarın 17-də ABŞ-dan Türkiyəyə gələrək buradan Mərakeşə getmək istədiyi, lakin ailənin Mərakeşə getmədiyi bildirilir. Arvadı və uşaqları ilə birgə Türkiyədə olduğu ehtimal edilən terrorçu axtarılır.


Abu Ayman

Saytların yığılması Saytlarin yigilmasi

Sultan Ahmetdə canlı bomba hücumu təşkil edən Nabil Fadılın dostu olduğu bildirilən 35 yaşlı Rashed Alabdalah Algaaganın Türkiyəyə gələ biləcəyi ehtimal edilir. Buna görə də ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusi xidmət orqanları Suriya pasportuna malik Algaaganın saxta şəxsiyyət vəsiqəsilə Türkiyəyə keçəcəyini müəyyən edib. 2015-ci ilin iyulunda baş verən atışma nəticəsində öldüyü güman edilən Muhammed Ürkmezin qardaşı Furkan Ürkmezin 2016-cı il martın 6-da Gaziantepdən Suriyaya keçdiyinə dair məlumat alan kəşfiyyat orqanları yaşı kiçik olan Ürkmezin terror qruplaşması tərəfindən “canlı bomba” olaraq istifadə ediləcəyindən şübhələnir.

“WhatsApp” vasitəsilə arvadına “şəhidlik sırası bizdədir” deyə mesaj yazan Hasan Hüseyin Uğurun bombalı terror aktı törədəcəyi ehtimal edilir.


Hasan H. Uğur

Rusiya pasportuna malik olan əslən azərbaycanlı İsa Tupolovun isə Suriyanın Rai şəhərində olduğu bildirilir. Onun Türkiyə və Azərbaycanda terror aktı törətmək barədə plan qurduğuna dair məlumatlar əldə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button