Loading...
Loading...
Siyasət

Azərbaycanın üç erməni əsgərinin öldürülməsində əli yoxdur – Ermənistan Müdafiə Nazirliyi

Bakı/19.08.21 Avqustun 19-da gecə saat 2 -də Azərbaycanla sərhəd yaxınlığındakı döyüş postunda güllələnmiş üç erməni əsgərinin cəsədi tapılıb. Ermənistan Müdafiə Nazirliyi nəyin və dəqiq harada baş verdiyinə aydınlıq gətirməyib.

Lakin günortaya məlum olub ki, hadisə Azərbaycanın Qubadlı rayonu ilə sərhəddə yerləşən Kornidzor yaşayış məntəqəsinin yaxınlığı baş verib.

Bu səbəbdən Ermənistanda iddia edirdilər ki, əsgərlərin öldürülməsi Azərbaycan hərbçilərinin diversiyasıdır, lakin Müdafiə Nazirliyi bi iddiaların həqiqətə uyğun olmadığını bəyan edib.

Axşama yaxın bu iddiaları müdafiə naziri Arşak Karapetyan da təkzib edib, lakin nəyin baş verdiyini izah etməyib.

İş gününün sonuna qədər Ermənistan Müdafiə Nazirliyi döyüş postunda nəyin baş verdiyi barədə məlumat verməyib.

Sosial şəbəkələrdə məlumata əsasən, hadisə baş verən postdan daha bir hərbi qulluqçu yoxa çıxıb.

Bir versiyaya görə, o, əsgər yoldaşlarını güllələyəndən sonra qaçıb. Qeyd edək ki, ölənlərin hər üçünün 18 yaşı olub, bu da cinayətin nizamnamədən kənar münasibətlər nəticəsində baş verdiyini iddia etmək üçün əsas verib. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button