Loading...
Loading...
Siyasət

Azərbaycanlı sülhməramlılar Kabil aeroportunandır

Bakı/16.08.21 Azərbaycan ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi  Türkiyə Silahlı Qüvvələrinin bölmələri  ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin 16 avqust səhərə olan məlumatında deyilir.

“Biz sülhməramlılarımızla daim əlaqə saxlayırıq və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra əhalinin ölkədən kütləvi şəkildə axını baş verir. Xüsusilə, beynəlxalq hava limanında xaos başlayıb və adamlar istənilən reyslə ölkəni tərk etməyə çalışırlar.-02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button