2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Ermənistana 173 nəfərin meyitini təhvil verib

Azərbaycan keçən il 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra 173 nəfərin meyitini taparaq Ermənistana təhvil verib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 14-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. 

Bildirilib ki, 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə baş vermiş hərbi münaqişədən sonra isə 157 nəfərin meyiti tapılaraq qarşı tərəfə təhvil verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin qeyd olunub ki, Birinci Qarabağ müharibəsində 3 890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. 

“Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülən həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb”, – açıqlamada qeyd olunub. 

Dövlət Komissiyası hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan tərəfi ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button