2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Liberal Partiyası da özünü buraxıb

Partiya bunu siyasi proseslərdə aktiv ola bilməməsi ilə əsaslandırıb

Azərbaycan Liberal Partiyası özünü buraxdığını elan edib.

Bu barədə partiyanın iyunun 24-də yaydığı bəyanatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Partiya fəaliyyətini dayandırmasını siyasi proseslərdə aktiv ola bilməməsi ilə əsaslandırıb:

“Müasir zamanda müşahidə edilən prosesləri, mövcud geosiyasi və siyasi-hüquqi reallıqları nəzərə alan Azərbaycan Liberal Partiyası öz siyasi fəaliyyətini dayandırmaqla bağlı qərar verib. Təəssüflər ki, bəzi obyektiv və subyektiv səbəblərdən partiyamızın fəaliyyəti kifayət qədər aktiv ola bilmədi”.

Azərbaycan Liberal Partiyası 1995-ci ildə sabiq dövlət katibi, professor Lalə Şövkətin rəhbərliyi ilə təsis olunub.

İlk konfransını Bərdə şəhərində keçirilən partiyanın sədri Lalə Şövkət Hacıyeva seçilmişdi.

Partiya elə həmin il də dövlət qeydiyyatına alınıb.

Partiya 2003-cü ildə L.Ş.Hacıyevanın namizədliyi ilə qatılsa da, 5 il sonrakı seçkiləri boykot edib.

2010-cu ildə ALP-nin növbəti qurultayında Əvəz Temirxan partiyanın yeni sədri seçilib.

Azərbaycanda hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 20-dən çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button