2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan məmur-oliqarxlarının Dubay mülkləri; İlham Əliyevin ailəsi və daha kimlər…

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin – OCCRP-nin Mütərəqqi Müdafiə Araşdırmaları Məkəzi C4ADS-la birgə apardığı yeni araşdırmanın nəticələri dərc edilib.

Son təhqiqat yazısı Dubayın gəlhagəlli daşınmaz əmlak bazarı barədə faktları təqdim edir.

Hesabatda deyilir ki, bu bazar dünya boyunca zəngin investorlara təkcə sərmayə qoymaq imkanı yaratmayıb, onları həm də adlarının tam məxfiliyini təmin edib. İndiyə qədər.

Materiallarda jurnalistlərin Dubayda mülkiyyət haqda əldə etdiyi məlumatlardan istifadə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məlumat bazasında 181 ölkədən olan 129 min sahibkara aid 54 min mülk ünvanı var.

Hesabatda qeyd olunur ki, adları sızmış şəxslərin arasında sanksiya altında olan fərdləri, mütəşəkkil cinayətkarlıq fiqurlarını, siyasətçiləri və ya Dubaya mülkiyyət niyyəti ilə üz tutmuş başqa zəngin şəxsləri görmək olar.

Azadlıq Radiosu sözü gedən materiallarda Azərbaycan və azərbaycanlılar barədə olan hissələri təqdim edir.

Çingiz Əsədullayev

Hesabatda deyilir ki, Çingiz Əsədullayev Azərbaycanın özəl maliyyə təsisatlarından olan ‘Azəriqazbank’ın əsas səhmdarı və idarə heyətinin sədridir. O 2005-2010-cu illərdə ölkə parlamentinin deputatı olub.

Fərid Novruzi

Hesabatda adı nüfuzlu şəxs və ya tanınmış fiqur kimi keçir.

Qeyd olunur ki, o Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Birləşmiş Ərəb Əmirlikləri və Litvada brend geyimlər satan mağazaları işlədən Novco Group şirkətinin qurucusu və başçısıdır. Onun qardaşı Elsel Novruzi şirkətin vise-prezidentidir və ölkənin Gömrük Xidmətinin başçısı (artıq sabiq başçısı – red.) Aydın Əliyevin qızına evlidir.

Günel Novruzi

Aydın Əliyevin qızıdır və Novco Group şirkətinin vise-prezidenti Elsel Novruzinin həyat yoldaşıdır.

Rüfət Katibli

Azərbaycanın dövlət neft-qaz şirkəti SOCAR-ın Marketinq və Satış departamentinin başçısıdır.

Arif Mir Cəlal oğlu Paşayev

Azərbaycanın vise-prezidenti və birinci ledisi Mehriban Əliyevanın atasıdır. O həm də millət vəkili və Milli Aviasiya Akademiyasının rəhbəridir.

Azadlıq Radiosunun nəzərdən keçirdiyi şirkət sənədlərindən Paşayevin də prezident Əliyevin qızları Leyla və Arzu ilə birlikdə Pasha Holding qrupunun əsas səhmdarı olduğu görünür. Pasha Holding Pasha bank, Pasha sığorta, Pasha tikinti və Pasha Travel kimi qurumların konqlomeratından ibarətdir.

Baba Rzayev

Azərişıq dövlət şirkətinin rəhbəridir. Rzayev və onun arvadı Nərmina Həsənova hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. OCCRP-nin müxbiri Xədicə İsmayıl onların ailə biznes bağları barədə 2012-ci ildə təhqiqat aparıb.

Xəyal Əlizadə

Hesabatda cinayətlə bağlı şəxs və ya şirkət kateqoriyası üzrə təsnif edilib. O, bir vaxtlar keçmiş prezident Heydər Əliyevin köməkçisi işləmiş Tariyel Ağayevin kürəkənidir.

Əlizadə Azərbaycanda Almaniya və Azərbaycan vətəndaşı Vüsal Schilder-in qətli ilə bağlı iş üzrə axtarışdadır. Schilder Xəyal Əlizadənin baldızı ilə görüşürdü.

Hesabatda deyilir ki, Əlizadə ona göndərilmiş email-ə cavab olaraq özünün daşınmaz əmlakı barədə şərh verməkdən imtina edib, lakin qətllə bağlı Azərbavcanda axtarışda olduğunu təsdiqləyib.

Baharxanım Talıbova

Naxçıvan Ali Məcilsiinin sədri Vasif Talıbovun qızıdır. O, de-fakto bu muxtar bölgənin avtoritar hakimi sayılır.

Talıbovanın adı həm də Azərbaycanın Pulyuyuan Maşını adlı araşdırmada çəkilir. Orada onun Metastar Invest LLP şirkətindəın 140 min dollar aldığı deyilir.

Mahmud Kamal oğlu Qubatov

Dövlət Standartlaşdırma, Metrologiya və Patent dövlət komitəsinin (artıq ləğv edilib – red.) direktoru. O, əvvəllər Bakının Qaradağ rayonunda icra hakimiyyəti başçısının müavini işləyib. Onun adı Cumeyra Parkda mülkiyyət satmış şəxs kimi keçir.

Nicat və Tale Heydərovlar

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları.

ABŞ-ın açıqlanmış diplomatik teletayplarından birində Heydərovların Azərbaycanın ikinci ən qüdrətli ailəsi olduğu deyilirdi.

Tale Heydərov həm də Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətinin prezidentidir.

Seymur Talıbov

Naxçıvan rəhbəri Vasif Talıbovun oğullarından biri. O 2015-ci ildən muxtar respublika Məclisinin üzvüdür.

Arzu Əliyeva

Ölkə başçısı İlham Əliyevin qızı.

Ona bağlı The Palm Marina malikanəsi daşınmaz əmlak reyestrində “qayıq körpüsü” kimi qeyd olunub.

Heydər Əliyev

İlham Əliyevin oğludur.

Əhməd Abdolbari Gözəl​

Hesabatda Azərbaycanla bağlılığı olan iranlı Əhməd Abdolbari Gözəlin də adı çəkilir. O, 2013-cü ildə prezident İlham Əliyev və onun ailəsinin təmsilçisi olmuş Hassan Gözəlin qardaşıdır.

O, habelə Əliyevin qızları Leyla və Arzunun adlarına qeydiyyatdan keçmiş üç ofşor şirkətinin direktoru olub.

Əslən iranlı olan qardaşların əsas biznesi Dubayın Cəbəl Əli azad ticarət zonasındadır.

Onlar Azərbaycanın dövlət neft şirkəti SOCAR-la milyardlarla dollarlıq tikinti kontraktları imzalayıblar.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button