2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”la verib

Azərbaycan Ermənistanın müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”la axtarışa verib

Toplum TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, müharibə cinayətləri ilə bağlı 104 cinayət işinin ibtidai istintaqı davam etdirilib. Müharibə cinayətlərini törətmiş şəxslərdən 40-ı Xocalı soyqırımı, 47-si Kərkicahan soyqırımı, 34-ü əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə və s. kateqoriyalara aiddir.  

Saytların yığılması Saytlarin yigilmasi

Bu cinayətlərlə əlaqədəar barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin axtarışı üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinə göndərilib. 

Məlumatda həmçinin qeyd olunub ki, Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının aşkar olunaraq təhvil verilməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların axtarışı prosesi daam etdirilir. 2024-cü il 1 yanvar tarixinə qədər ən azı 531 şəxsə aid meyit qalıqlarının aşkar edilərək götürüldüyü qeyd olunub. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button