2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər

Azərbaycan Müdafi Nazirliyi dünən başlayan irimiqyaslı hərbi təlimlərə dair növbəti məlumat və fotolar yayıb. Məlumatda deyilir ki, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.
Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir.
Təlimlər iyunun 24-də yekunlaşacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button