2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “Azərbaycan quru sərhədləri açmaq niyyətində deyil”

Azərbaycan prezidenti İlham Əliyev ölkənin quru sərhədlərinin niyə bağlı qaldığını izah edib. Onun sözlərinə görə, bu, milli təhlükəsizlik məsələlərilə bağlıdır.

“Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır”, – aprelin 23-də Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında  deyib.

Prezidentin fikrincə, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün “əlverişsiz” olsa da, “milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də ki yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır”, – Əliyev deyib.

Onun fikrincə,  sərhədlərin bağlı olması ölkənin təhlükəsizliyini gücləndirir.

“Milli təhlükəsizlik məsələlərilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu, reallıqdır”, – o qeyd edib.

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Əliyevin çıxışını şərh edərkən deyib ki, prezident, nəhayət, quru sərhədlərinin bağlı qalmasının “pandemiya” ilə əlaqəsinin olmadığını etiraf edib.

Əliyevin fikirlərini şərh edən Cəfərli deyib: “Quru sərhədlər “kanvansaray” deyil, oradan keçərkən ciddi yoxlamalar olur, yük və sənədlər yoxlanılır, hava limanı ilə eyni prosedurdur, ona görə də bu arqument (prezidentin) suallar doğurur. Məmləkətimiz qonşulardan güclüdür, elə deyil? Necə ola bilər ki, onlar açıq sərhədlərlə öz təhlükəsizliyini qoruya bilir, amma biz yox? Bu suallara da cavablar tapılmalıdır”, – Natiq Cəfərli qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button