2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun fəaliyyəti müşahidə olunmur

Bakı/28.07.21 tıq iki aya yaxındır ki, regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) işçi qrupunun fəaliyyəti müşahidə olunmur.

Yanvarın 11-də Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirin görüşündən yaradılmış bu işçi qrup nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı detalları müəyyən etməli idi.

Lakin iyunun 1-də Ermənistan üçtərəfli işçi qrupunda iştirakını dayandırmasını bəyan edib. Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib ki, bu qərar erməni «əsirlər» probleminin həll edilməməsi və Azərbaycanın «təcavüzü» ilə  bağlıdır. «Sərhəddə hazırki vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib».

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi ekspertlər hesab edirlər ki, üçtərəfli işçi qrupunun fəaliyyət göstərməməyi bölgədə kommunikasiyaların açılması məsələsini faktiki olaraq sıfıra endirir. Baxmayaraq ki, Azərbaycan dəfələrlə Zəngəzur dəhliz məsələsini qaldırsa da, həmin məsələdə irəliləyiş yoxdur. Platforma niyə işləmir, onun işləməməsi hansı nəticələrə gətirib çıxara bilər?

Xarici İşlər Nazirliyindən Turana bildirilib ki, cari ilin yanvar-fevral aylarında məsələ ilə bağlı aktiv fəaliyyət başlanıldı. «Üç ölkənin baş nazir müavinləri səviyyəsində birgə işçi qrupu, ekspertlər qrupu yaradıldı, altıdan çox görüş keçirildi və ümidverici nəticələr var idi».

Lakin qurumdan qeyd olunub ki, sonradan Ermənistanda seçki öncəsi ritorikanın tərkib hissəsi olaraq bu proseslə bağlı ziddiyyətli, bir birini inkar edən yanaşmalar müşahidə olunmağa başlandı. «Seçkilərindən bir neçə gün öncə Ermənistan tərəfi üçtərəfli işçi qrupunda fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat verdi. Seçkilər başa çatıb, amma indi yenə də biz hansısa ziddiyyətli fikirləri eşidirik ki, Ermənistan tərəfi üçtərəfli işçi qrupuna qayıdır, ancaq burada da hansısa istiqamətləri ilk prioritet hesab edirlər, hansılarısa isə ikinci prioritet. Yəni, biz bu prosesə konstruktiv yanaşmanı görmürük».

XİN-dən vurğulanıb ki, proses ətrafında hansısa fikir ayrılığı varsa belə, bunun üçün işçi qrupu var. «Orada bu məsələlər müzakirə olunmalıdır, orada razılığa gəlinməlidir. Burada bir birini inkar edən, prosesə zərbə vuran bəyanatların verilməsi daha çox prosesə xələl gətirmək mənasını daşıyır».

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın işçi qrupunda fəaliyyətinin dayandırılmasının səbəbi ondan ibarətdir ki, o, 10 noyabr və 11 yanvar bəyanatlarını icra etmək istəmir. «Bu bəyanatların əsas bəndlərindən biri də kommunikasiya xəttlərinin açılmasıdır. Düzdür, Ermənistan tərəfi iddia edir ki, orada Zəngəzur dəhlizi ifadəsi yazılmayıb, amma yazılmasa belə söhbət nəqliyyat dəhlizinin açılmasından gedir. Ermənistan hakimiyyəti buna hazır deyil».

Ekspert hesab edir ki, Ermənistanın müzakirələrdə bu diskussiya predmetindən qaçması əslində Azərbaycan üçün əlavə şans deməkdir. «Biz diplomatik fəallığını artıra bilərik və hamıya göstərə bilərik ki, Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyətində maraqlı deyil, qaçır və məsələyə artıq ABŞ-ı, Fransanı, Avropa İttifaqını qatmağa çalışır».

Politoloqun fikrincə, Ermənistanın sərhədlərin müəyyələşməsində də marağı yoxdur. «Azərbaycan təklif edir ki, gəlin delimitasiya və demarkasiya işlərini aparaq, bir birimizin ərazi bütövlüyünü tanıyaq, sülh sazişini imzalayaq, Ermənistan isə bütün bunlardan qaçır. Çünki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması o demək olacaq ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Buna daxilən hazır deyillər. Paşinyan da qorxur ki, belə bir addım atsa ona qarşı müqavimət daha da güclənəcək».

Şahinoğlu qeyd edib ki, Azərbaycanı bu maraqlandırmamalıdır. «Biz fəallığımızı artırmalıyıq, sərhədlərimizi müəyyənləşdirməliyik. Biz Moskvadan tələb etməliyik ki, Ermənistana təzyiq edib üçtərəfli işçi qrupunun fəaliyyətini sürətləndirsin. Çünki məsələ uzanır, sərhəddə gərginlik artır və həll olunmadıqca vəziyyət daha da gərginləşəcək».

Ekspertin fikrincə Rusiya bu məsələdə ikili oynayır. «Bir tərəfdən bizə deyir ki, kommunikasiya xəttləri açılmalıdır, bəyanat yerinə yetirilməlidir, amma ikinci tərəfdən Ermənistanda hərbi bazaları genişləndirir, ona heç bir təzyiq və təsir etmir ki, anlaşmaları yerinə yetirsin».

Onun sözlərinə görə, görünür ki, Moskva münaqişənin davamında maraqlıdır. «Çünki münaqişə vasitəsilə həm Ermənistana, həm Azərbaycana təsir etməyə imkanı var. Sülh sazişi imzalansa məsələ bitmiş olacaq. Görünür ki, Moskvada müəyyən dairələr məsələnin bitməsini istəmirlər».—0—

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button