2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan sakinləri planetlər paradını müşahidə edə biləcək

Bakı/26.11.21 Səmada planetlərin mini paradı başlayır. 

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 25 noyabrdan etibarən Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıb. Planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür.

Məlumata görə, Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə müşahidə şərtləri daha əlverişlidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Üç planetdən ən parlağı Veneradır. Hal-hazırda Venera Oxatan bürcündə yerləşir. Yupiterin parlaqlığı Veneradan bir qədər zəifdir. Onu indi Oğlaq bürcündə görmək mümkündür. Veneradan fərqli olaraq, Yupiter üfüqdən daha hündürdə yerləşir və onu gecə boyunca uzun müddət müşahidə etmək mümkündür. Saturn planetinin parlaqlığı daha zəif olsa da, o da adi gözlə gürünür. Lakin Aysız gecələrdə müşahidəsi daha rahatdır”.

Şamaxı Astrofizika Rəsədxanası bildirir ki, mini planetlər paradını – Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini il ərzində bir neçə dəfə müşahidə etmək mümkün olur. Cari ildə ilk mini planetlər paradı may ayında baş verib, hazırki parad isə dekabrın ortalarınadək davam edəcək. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button