2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Pakistanın Rusiyadakı səfirləri görüşüb

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Pakistan İslam Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Muhammad Xalid Camalini onun xahişi ilə qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”un Rusiya bürosuna səfirlikdən bildirilib.

Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı Azərbaycanın Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanla Pakistan münasibətlərinə toxunan ölkəmizin səfiri iki dövlət arasında strateji əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsini qeyd edərək, bu münasibətlərin ölkələrimizin Rusiyadakı diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.

Pakistanın səfiri qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın və Pakistanın Rusiyadakı səfirlikləri arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etməsi və genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib. Öz növbəsində səfir Polad Bülbüloğlu ölkəmizin ərazilərində qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidləri qeyd edib, erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatı barədə məlumat verib.

Azərbaycanın səfiri Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyə, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə
həmkarına ətraflı məlumat verib.

Səfir Muhammad Xalid Camali Azərbaycan ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə bir daha təbrik edərək, Pakistan xalqı və hökumətinin daim Azərbaycana dəstək olduğunu qeydedib, bu günə kimi Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını diqqətə çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Görüşün sonunda səfir Muhammad Xalid Camaliyə Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button