2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda əsgərin özünə qəsd etdiyi bildirilir, cinayət işi açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan özünə qəsd etdiyi və bununla bağlı cinayət işinin açıldığı bildirilir. 

Toplum TV xəbər verir ki, bu barədə martın 5-də Hərbi Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, hadisə ilə bağlı Şəmkir Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun əməkdaşları araşdırma aparıblar. 

Saytların yığılması Saytlarin yigilmasi

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaqın davam etdirildiyi qeyd olunub. 

Bundan əvvəl Xəzər Hərbi Tədqiqatlar İnstitutu ötən il ərzində Azərbaycanın itirdiyi hərbi qulluqçular barədə hesabat yaymışdı. 

Hesabata görə, 2023-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 260 hərbi qulluqçu həyatını itirib. 

Bunlardan 212-nin döyüş itkiləri, 48-nin isə qeyri-döyüş itkiləri olduğu bildirilirdi. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button