2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda 6 bank filialı ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.
Palatanın Direktorlar Şurasının iclasında “PAŞA Bank”-ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 20 ünvanında yerləşəcək “Fərdi bankçılıq” şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
İclasda, həmçinin, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu  və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Bank VTB (Azərbaycan)”-nin “İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, “Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, “Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, “Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, “28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və “Xırdalan” filialının  26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.
Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.
Modern.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button